“Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik” mövzusunda onlayn Dəyirmi masa keçiriləcək

qhtxeber.az  “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Ermənistanın Azərbaycana təcavüzü və regional təhlükəsizlik” mövzusunda onlayn Dəyirmi masa təşkil edəcək. Tədbirin əsas spikeri Şəbəkənin eksperti, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olacaq. Görüşün moderatoru London Metropolitan Universitetinin, Təhlükəsizlik və İctimai Qayda ixtisası üzrə doktorantı Ramil İskəndərlidir. Tədbirdə Ermənistanın Azərbaycana təcavüzü, azərbaycanlılara qarşı Ermənistanın soyqırım siyasəti, Azərbaycan və Ermənistan sərhəddində mülki əhali və infrastruktur təhlükəsizliyi, region ölkələrinin təhlükəsizlik siyasətində Azərbaycan faktorunun yeri və rolu, Cənubi Qafqazda regional hərbi təhlükəsizlik məsələləri, regional enerji layihələri və digər məsələlər Dr. Sübhan Talıblı tərəfindən təqdim ediləcək və interaktiv qaydada müzakirə olunacaq.  Qeyd edək ki, tədbir 28 İyul, 2020, saat 19:00. Zoom Platformasında onlayn rejimdə keçiriləcək.

https://zoom.us/j/92152832769?pwd=emRESnhRTVhyS3I1NDNybzBweXQzdz09

Meeting ID: 921 5283 2769
Passcode: 996278

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s