İşğal olunmuş ərazilərdən ABŞ ərazisinə idxal olunan məhsulların hüquqi rejimi

İşğal olunmuş ərazilərdən ABŞ ərazisinə idxal olunan məhsulların hüquqi rejimində selektiv yanaşma mövcuddur

Ramil İskəndərli
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, “Planet” Peşəkar Hüquq Analitik E-Daycestin Baş Redaktoru

23 iyul 2020-ci ildə Demokratiyanın Müdafiə Fondunun ekspertləri, Brenda Şaffer ve Conatan Şahzerin müəllifi olduğu “Amazon Krimdakı biznesınə görə cərimə ödədi, amma İşğal olunmuş ərazilərlə bağlı siyasət qaranlıq qalır” məqaləsində ABŞ Ticarət Məcəlləsinin (U.S. Code), 19-cu fəslilinə (Gömrük Rüsumları) əsasən Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin Krımla bağlı 23 aprel 2014-cü il tarixli Direktivi(Təlimat) barədə məlumat verilir.
Direktivdə deyilir ki, işğal olunmuş Krım ərazisindən ABŞ-a idxal olunan məhsulların üzərində mənşə ölkəsinin göstərilməsi vacib şərtdir. ABŞ Ticarət Məcəlləsinin (USC) 1304-cü maddəsinin “A” bəndinə uyğun olaraq, xarici mənşəli hər bir məhsul Birləşmiş Ştatlara gətirilən konteyner, və ya malın üzərində ABŞ-dakı son alıcının İngilis dilindəki adını göstərəcək şəkildə icazə verildiyi kimi, malın mənşə ölkəsinin də adı qeyd olunmalıdır.

Direktiv (Təlimat) özü isə məhz Krımla bağlı olduğundan burada yalnız Krımdan söhbət gedir. Direktivə əsasən Krımda məhsulun yetişdırılməsi və ya istehsalı onun Ukraynada yetişdirilməsi və istehsalı anlamına gəlir. Krımın və Ukraynanın digər bölgələrində yetişdirilən və ya istehsalı olan mallar “Ukraynanın məhsulu” və ya “Ukraynada hazırlanmış” kimi qeyd edilməlidir. İdxal olunan malın konteyneri qeyd olunarsa, “Ukraynada hazırlanmış ” və ya eyni mənada oxşar sözlər qeyd oluna bilər. Bu qaydalara uyğun gəlməyən mallar aşkarlanarsa, son qiymətləndirilmiş dəyərin 10 faizi qədərində əlavə rüsum tutulur.
Yuxarıda qeyd olunan Brenda Şaffer ve Conatan Şahzerin müəllifi olduğu “Amazon Krimdakı biznesınə görə cərimə ödədi, amma İşğal olunmuş ərazilərlə bağlı siyasət qaranlıq qalır” məqaləsində isə ABŞ-in digər işğal olunmuş və mübahisəli ərazilərinə də bu cür yanaşmanın vacib olduğu vurğulanır. Belə ki, müəlliflər Rusiya tərəfindən digər işğal olunmuş (müəlliflər yazdığı kimi) ərazilər dedikdə Ukraynada Donbası, Moldovada Transnestriya və Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazlərini göstərirlər. Sonradan müəlliflər qeyd edir ki, Qərb Sahili ərazisindən ABŞ-in idxal etdiyi məhsullarda olduğu kimi Qərb Sahili yazılmağı tələb olunur. Amma misal üçün “İsrail İstehsalı”, “İşğal Olunmuş Ərazilər – İsrail” kimi sözlər Qərb Sahilindən idxal olunan mallarda göstərilə bilməz. Sonra müəlliflər Qarabağ məsələsinə toxunaraq, qeyd edirlər ki, Dağlıq Qarabağdan gələn məhsullar maneəsiz ABŞ-a daxil olur. Amma ABŞ Azərbaycan ərazi bütövlüyünü tanısa da, rəsmi olaraq Qarabağdan gələn mallara həmin ərazidə istehsal olunub deyə markalaşdırmağı da tələb etmir. Burada məhsulların idxalının hüquqi rejimi məsələsində selektiv yanaşmanın olduğu göz qabağındadır. Yəni məsələ qaranlıqdır və Krim kimi birmənalı deyil.
AirBNB şirkətinin fəaliyyəti Azərbaycanın işğal olunmuş Qarabağ ərazisi daxil olmaqla, bəzi işğal olunmuş əraziləri əhatə edir (Məsələn Qərbi Sahara), amma indiyədək heç vaxt şirkət öz müştəriləri üçün bu regionlarda xüsusi siyasət qaydaları və ya fəaliyyətin dayandırılması barədə təlimat qəbul etməyibdir.

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz kommersiya fəaliyyəti həyata keçirən şəxslər və ya şirkətlər hüquqi məsuliyyət daşıyırlar. Burada həmçinin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslərə qarşı tədbirlər görülür. Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakeslə bağlı, Rusiya Federasiyasının vətəndaşı Qerman Sterliqovun da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətləri ilə əlaqədar cinayət işi açılıb.
ABŞ Konqresinin Qaydalar Komitəsinin bu günlərdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərinin işğalı barədə qəbul etdiyi sənədi əsas gətirərək, Dağlıq Qarabağdan ABŞ-a mümkün məhsulların idxalı zamanı mənşə ölkə olaraq, Azərbaycan Respublikasında istehsal olunduğu qeyd olunmasını bir tələb kimi ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti qarşısında qaldırıla bilər. Bunu Krim məsələsində olduğu kimi ABŞ-ın uyğun qanunvericilik aktlarına Dəyişiklik və ya Direktiv qəbul etməklə mümkün ola bilər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s