“Yeni Dövlət İdarəçiliyi” Mövzusunda Onlayn “Dəyirmi Masa”Ya Qeydiyyat Başladı

“Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyi və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrini “Yeni Dövlət İdarəçiliyi” mövzusunda onlayn “dəyirmi masa”ya dəvət edir. Tədbir 12 Avqust, saat 19:00-da Zoom Platformasında onlayn rejimdə keçiriləcəkdir.
Tədbirdə çıxışçı, Şəbəkəmizin eksperti, Ankara Hacı Bayram Vəli Universitetinin “Dövlət və Bələiyyə İdarəçiliyi” ixtisası üzrə Doktorantı, İsmayıl Kərimov olacaqdır.
Tədbirdə yeni dövlət idarəçiliyi anlayışı, elektron dövlət anlayışı, müştəri yönümlü yanaşma, dövlət idarəçiliyində strateji idarəçilik və performans dəyərləndirməsi, yeni dövlət idarəçiliyində kadr siyasəti məsələləri İsmayıl Kərimov tərəfindən təqdim ediləcək və interaktiv qaydada görüş iştirakçıları ilə birgə müzakirə olunacaqdır.

Tədbirin vaxtı: 12 avqust 2020, 19:00-21:00
Tədbirə qeydiyyat linki:
https://docs.google.com/forms/d/1JZtimvgoiSuRnsuLRk4Vb-w78bUh01yjPaKLODu0sHM

Təşkilatçılarla əlaqə: Ramil İskəndərli – ramil.iskandarli@gmail.com
“Hüquqi Təhlil və Araşdırmalar”İctimai Birliyinin sədri və Azərbaycan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin həmtəsisçisi

Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin Katibliyi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s